logo

MÖMİNLƏRİN


Təmizlik cənnət əhlinin xüsusiyyətidir


Peyğəmbərimiz (səv) bir hədisində təmizliyin cənnət əhlinə xas xüsusiyyətlərdən biri olduğunu bildirmişdir: "Müsəlmanlıq təmizdir, kirsizdir. Siz də təmiz olun, təmizlənin, çünki cənnətə təmizlər girər." (G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1-cild, Gonca Yayınevi, İstanbul, 1997, 96/2)

Uca Allah Quranda murdarlığın müşriklərin (Tövbə surəsi, 28) və münafiqlərin ( Tövbə surəsi, 95 ) bir xüsusiyyəti olduğunu bildirir. Bununla yanaşı, Rəbbimiz möminləri də tərtəmiz etmək istədiyini buyurur. ( Ənfal surəsi, 11 ) Bütün bunları bilən möminlər ciddi cəhdlə maddi-mənəvi hər cür natəmizlikdən uzaq olmağa çalışırlar. Quran əxlaqının bəxş etdiyi ağıl vəsiləsilə hər zaman tərtəmiz olmağa çalışır, hər şeyin ən təmizini axtarırlar. İman gətirməyən cəmiyyətdəki insanların bu mövzuda göstərdikləri laqeyd, tənbəl, könülsüz və başdansovma rəftardan tamamilə uzaqdırlar. Unudulmamalıdır ki, gözəlliklərlə dolu tərtəmiz cənnətdə yaşamağın coşğulu sevincini, həyəcanını hiss edə bilmək üçün insanın ruhu bu dünyada təmizlikdən, gözəllikdən, estetikadan zövq ala biləcək şəkildə təlimdən keçməli, nəfs tərbiyələndirilməlidir. Uca Allah möminlərin cənnətə də dünyadaki kimi tərtəmiz girəcəklərini belə bildirmişdir.

“Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!””
(Zumər surəsi, 73)