logo

MÖMİNLƏRİN


Möminlərin təmizliyi


“Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla! Pis şeyləri tərk et!!” (Müdəssir surəsi 3-5)

Quran əxlaqına görə təmizlik necə olmalıdır?

Hər mövzuda olduğu kimi, təmizlik anlayışında da möminlər Quran əxlaqından qaynaqlanan şüur açıqlığı sayəsində çox keyfiyyətlidirlər. Təbii ki, bu keyfiyyət həyatlarının hər anında özünü göstərir. Quran ayələri və Peyğəmbərimizin (səv) hədislərində təmizliklə bağlı bəzi detallara göz gəzdirək:

Mühüm xatırlatma: bu nümunələr əslində əksər insanın ailəsi, məktəbi və ətrafındakılar vasitəsilə öyrəndiyi məlumatlardır. Quran əxlaqının yaşanmadığı cəmiyyətdə əksər insan bu məlumatları tətbiq etməkdə tənbəllik və iradəsizlik göstərir. Möminlər hər zaman təmizlik, sağlamlıq, gigiyena kimi mövzulara həssaslıqla yanaşır və Allah qatında savab qazanacaqlarına ümid etdikləri üçün bu davranışları Allah üçün könüldən istəyərək edirlər. Quran əxlaqının yaşanmadığı cəmiyyətdə bəzi insanların çox səliqəli, təmiz olduqlarını görürük. Bu insanların təmizlik anlayışı Allahın razılığını qazanmaq üçün deyil, psixoloji və ya şəxsi səbəblərdən qaynaqlanır.

Fiziki təmizlik necə olmalıdır:

Quranda cənnətlə bağlı əsas nüanslardan biri cənnət əhlinin fiziki təmizliyidir. Onların “...qorunub saxlanılan mirvari kimi” olduqları (Tur surəsi, 24), onlar üçün “pak zövcələr” olduğu bildirilir. Allah Quranda hz. Yəhya üçün “təmizlik də verdik” deyərək möminlərin təmizliyinə diqqət çəkmişdir. (Məryəm surəsi, 13)

Hz. Muhəmməd (səv) hədislərində möminlərin fiziki təmizliyi ilə bağlı buyurmuşdur:

“ İslam təmizdir. Elə isə, siz də təmiz olun, çünki cənnətə təmiz olan girər.” (Keşfü'l-hafâ, 1, 288.)

“ Bədəninizi təmiz saxlayın; Allah sizi təmiz qullarından etsin.” ( Muhtar-ül Ehadis 737)

İnsanların diqqət yetirməli olduğu şəxsi təmizlikdə təmiz qoxulu olmaq, hər gün yuyunmaq, əl və dırnaq baxımı, dişlərin fırçalanması, dərinin təmiz olması, çirkli əllərlə üzə toxunmamaq kimi nüanslar yer alır.

Geyim təmizliyi. Baxım necə olmalıdır:

Quranda möminlərin geyimlərinin təmiz olması ilə bağlı bildirilir:

“Geyimini təmiz saxla.Pis şeyləri tərk et.” (Müddəssir surəsi, 4-5)

Peyğəmbərimiz (səv) bir hədisində buyurur:

"Geyimlərinizi yuyun, üzünüzü təmizləyin, dişlərinizi təmiz saxlayın, gözəl və təmiz olun. (Muhtar-ül Ehadis 202)

Hər gün geyimlərin dəyişdirilməsi, paltarların və paltar şkafının havalandırılması, ayaqqabıların təmiz saxlanılması, geyimlərin zövqlü olması,çöl geyimlərinin evə gəldikdə dəyişdirilməsi mühüm təmizlik şərtləridir.

Yaşadığımız məkanları necə təmizləməliyik?

Möminlər bədənləri və geyimləri kimi yaşadıqları məkanın da təmizliyinə xüsusi diqqət yetirirlər. Quranda verilən nümunələrdən biri Allahın hz. İbrahimə Kə

bəni möminlər üçün təmiz saxlamasını əmr etməsidir: “Bir zaman biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: “ Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!” –demişdik.”
(Həcc surəsi, 26)

Ayədə bildirildiyi kimi, Allah bu təmizliyin o məkandan istifadə edən və orada Allahın razılığını qazanmaq məqsədilə ibadət edən insanlar üçün edildiyi bildirilmişdir. Möminlər də hz.İbrahim kimi yaşadıqları məkanları təmiz saxlayır, estetik və gözoxşayan olmasına diqqət yetirirlər. Uca Allah Quranda Öz adının zikr edilməsinə izn verdiyi evlərdə bir nur olduğunu bildirir. (Nur surəsi, 36) Buna görə iman gətirənlərin yaşadıqları, bir yerə toplanıb ibadət etdikləri, Allahı zikr etdikləri bütün məkanlar məscid kimidir və orada Allahın nuru vardır .

Peyğəmbərimiz (səv) evlərin təmiz saxlanılmasına xüsusi diqqət yetirmiş və “Allah gözəldir və gözəli sevir, cəsurdur və cəsuru sevir, kərimdir və kərimi sevir, təmizdir və təmizi sevir. Evlərinizi təmizləyin...” (Tirmizi, ədəb 41) sözləri ilə iman gətirənlərə öyüd vermişdir.

Hamam və mətbəx kimi ən çox mikrob olan yerlərin istifadədən sonra təmizlənməsi, tozlanan yerlərin tozunun alınması, xalçaların hər gün və ya bir gündən bir süpürülməsi və lazım olduqda yuyulması, yaşadığımız məkanın təmiz və gigiyenik olması ən vacib faktorlardandır. Yaşadığımız məkanların geniş, səliqəli və günəşli olması vacibdir. Bu, insanlara psixoloji cəhətdən də müsbət təsir edir.

Diqqət edilməli mövzulardan biri də möminlərin qidaların ən təmiz olanını seçmələridir. Bu, Allahın Quranda möminlər üçün bildirdiyi əmrdir. Bu mövzu ilə bağı Quranda belə bildirilir:

“...Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!- dedik.” (Bəqərə surəsi, 57)

“Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-açkar düşməninizdir.” (Bəqərə surəsi, 168)

Allah möminlərin təmiz qidaları seçdiklərini Əshab-i Kəhf qissəsində bildirmişdir. Ayədə Kəhf əhlinin bazarlıq zamanı qidaların təmiz olanını almaları belə xəbər verilir:

...Digərləri də dedilər: “ Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin...
(Kəhf surəsi, 19)

Yuxarıdakı nümunələr insanın qarşılaşacağı hadisələrin sadəcə bir qismidir. Bu nümunələri uzatmaq da mümkündür. İnsan zamanından və yerindən asılı olmayaraq, hər zaman incə düşüncəli olmalıdır. Mömin qarşılaşdığı hər hadisəni Quran əxlaqına uyğun dəyərləndirməklə ən doğru və ən təmiz olanı, Allahın iznilə, tapacaqlar.

İnsan sağlamlığına təmizlik və gigiyenanın təsiri unudulmamalıdır. Hər kəs Allahın ən böyük nemətlərindən olan bədənini əmanət kimi qorumalı və hər zaman qulluq etməlidir.