logo

MÖMİNLƏRİN


Təmizlik Allahın hökmüdür


Bütün həyatlarını Quran əxlaqına görə yaşayan müsəlmanların əsas xüsusiyyətlərindən biri cəmiyyətdə hər kəsə örnək olan təmizlik anlayışlarıdır. Ancaq bu anlayış yalnız fiziki təmizliklə məhdudlaşmır. Quran əxlaqına uyğun olmayan hər cür davranışdan uzaq duran möminlər həm fiziki, həm də mənəvi cəhətdən təmizdirlər.

İman gətirənlər uca Rəbbimizin Qurani Kərimdəki əmr və tövsiyələrinə qətiyyət və qərarlılıqla tabe olurlar. Rəbbimizin bəyəndiyi davranışları göstərməyə, təriflədiyi xüsusiyyətlərə sahib olmağa və çəkindirdiyi hər şeydən uzaq durmağa çalışırlar. Uca Allaha qəlbən iman gətirən müsəlmanları digər insanlardan ayıran ən mühüm fərq də budur. Bunun nəticəsində ortaya üstün bir əxlaq modeli çıxır. Çünki insan gözəl və dəyərli olan bütün vəsflərə yalnız Allahın bildirdiyi din əxlaqını yaşamaqla sahib ola bilər. Sonsuz qüdrət sahibi Allah Quranda doğruluğu, ədaləti, səbri, fədakarlığı, vəfanı, sədaqəti, qərarlılığı, itaəti, təvazökarlığı, şəfqəti, mərhəməti, qəzəbini yenməyi və daha bir çox üstün əxlaqi xüsusiyyətləri əmr edir. Bunlar Allahın razılığını qazanmağa çalışan möminləri digər insanlardan üstün edən əsas əxlaqi xüsusiyyətlərdir. Rəbbimizin razı olacağını bildirdiyi bu vacib xüsusiyyətlərdən biri də "təmizlikdir".

Təmizlik, "...Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da. "(Bəqərə surəsi / 222) ayəsində bildirildiyi kimi Rəbbimizin bəyəndiyi və möminlərin yaradılışına ən uyğun olan davranışdır. Allahın üstün gördüyü bir davranış olan təmizlik möminlərə çox böyük zövq və rahatlıq verir. Həyatlarının hər anında Allahın əmrlərini yerinə yetirməkdə qərarlı və şövqlü olan səmimi iman sahibləri təmizlik mövzusunda da eyni həssaslığı göstərirlər.

Təmizlik Allahın bir hökmü və möminlərin ruhlarına və yaradılışlarına uyğun davranış tərzidir. Bu səbəbdən bir ibadət kimi şövqlə etdikləri təmizlik möminlərə çox böyük zövq və rahatlıq verir.

İslam əxlaqının təmizlik anlayışı din əxlaqından uzaq yaşayan bir cəmiyyətin bu mövzudakı yanaşmasından olduqca fərqlidir. Təmizlik hər şeydən əvvəl ruhda yaşanar. Quran əxlaqına uyğun olmayan bütün davranışlardan, bütün məntiqi düşüncələrdən və həyat tərzindən tamamilə uzaqlaşmaq insana mənəvi təmizlik verir.

Allah Quranda insanın ruhən təmiz olmasından bəhs edir. Nəfsindəki pisliklərdən uzaq duran, nəfsini günahlardan təmizləyən insanın qurtulacağına diqqət çəkir:

...ona günahları və (Allahdan) qorxmağı təlqin edənə! Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. (Şəms surəsi, 8-9)

İnsanın mənəvi cəhətdən təmiz olması, əlbəttə ayədə də bildirildiyi kimi nəfsinin əmr etdiyi pisliklərdən tamamilə uzaq durması ilə mümkündür. Mənəvi yöndən təmiz olan insan həm də səmimi olur və hüzurlu yaşayır. Gördüyü hər iş kimi hər düşüncəsi də xeyirlidir. Qarşısına çıxan hər hadisədə Allahdan razı olaraq davranır. Mənəviyyatı ilə davranışları bir-birini tamamlayır. Həmçinin, Allahdan gələn hər şeyin özü üçün mütləq xeyir olduğunu bilir. Belə insanlar nəfslərindəki pisliklərdən təmizlənmiş insanlardır və Allah Quranda bu insanların gözəl bir sonla qarşılaşacaqlarını xəbər vermişdir:

Sən ancaq Rəbbindən (Onu) görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim (günahlardan) təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış da ancaq Allahadır.
(Fatir surəsi, 18)

(Günahlardan) təmizlənən kimsə isə uğur qazanmışdır. (Əla surəsi, 14)

Mənəviyyatı təmiz insan ağlındakı və vicdanındakı hər cür pisliyi özündən uzaqlaşdırmışdır. Quran əxlaqından xəbərsiz şəxslərin normal qarşılayaraq yaşadıqları kin, qısqanclıq, zalımlıq, eqoistlik kimi bəzi çirkin xüsusiyyətləri ruhunda əsla saxlamır. Yüksək bir əxlaqa sahibdir. Bu səbəbdən möminlər yalnız xarici görünüşlərinə yox, daxilən, yəni ruhən təmiz olmağa çox diqqət edirlər.

Allahın insanlara nemət olaraq verdiyi işıqlı, rahat və estetika ilə döşənmiş təmiz yerlər bir insanın sağlam və hüzurlu ruh halını əks etdirir və qarşı tərəfə müsbət təsir göstərir. Qaranlıq, sıxıcı, zövqsüz və dağınıq bir mühit isə duysa da, duymasa da hər insanın ruhuna sıxıntı verir.

Allahın yaratdığı bütün gözəlliklərə qarşılıq olaraq insan Ona lazımınca şükür etməli və həyatını Allahın istədiyi kimi yaşamalıdır. Axirət günü iman sahiblərinin alacağı gözəl nəticə ilə inkar edənlərin qarşılaşacaqları əbədi əzab bir ayədə belə bildirilmişdir:

Müttəqilərə vəd edilmiş Cənnətin vəsfi belədir; onun (ağacları) altından çaylar axar və onun yeməkləri də, kölgəsi də daimidir. Müttəqilərin aqibəti budur. Kafirlərin aqibəti isə Oddur.
(Rəd surəsi, 35)