logo

MÖMİNLƏRİN


Allah təmizlənənləri sevir


Allah insanlara yol göstərici kimi göndərdiyi Quranda iman gətirən qullarını "təmiz ağıl sahibləri" adlandırmışdır. Müsəlmanlar vicdanlarına və Qurana tabe olduqları, Allahı razı salmağa çalışdıqları və Ona könüldən təslim olduqları üçün düşüncələri aydın və səmimidir. Onlar hər zaman Haqqın tərəfindədirlər. Hər cür pis düşüncə və niyyətdən uzaq olmaq müsəlmanların səmimi imanlarının bir göstəricisidir.

Peyğəmbərlərə bildirilən təmizlik anlayışı

Qeyd etmək lazımdır ki, düşüncələrinin və qəlblərinin təmizliyi qədər paltarlarının və yaşadıqları məkanların, yediyi yeməklərin təmizliyi də müsəlmanlar üçün çox əhəmiyyətlidir. Bir müsəlmanın saçı, əli, üzü, qısaca bütün bədəni daim tərtəmizdir. Paltarları hər zaman təmiz , baxımlı və səliqəlidir. İşlədiyi və yaşadığı məkanlar da müsəlmana yaraşan bir tərzdə çox səliqəli, təmiz, gözəl qoxulu, havalı və çox geniş olur. Şübhəsiz, möminlərin bu xüsusiyyətinə ən gözəl örnək Rəbbimizin insan üçün son peyğəmbər olaraq göndərdiyi hz.Muhamməddir. (səv). Allah Quranda Peyğəmbərimizə belə buyurmuşdur:

Ey (libasına) bürünüb örtünmüş (peyğəmbər)! Qalx və (insanları) xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla! Pis şeyləri tərk et! (Müddəssir surəsi, 1-5)

Həmçinin Allah Quranda möminlərə təmiz olan şeyləri yemələrini bildirmiş, Peyğəmbərimizə (səv) də təmiz olan şeylərin halal olduğunu möminlərə bildirməsini əmr etmişdir:

“Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin!”(– dedik.) (Əraf surəsi, 160)

Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: “Təmiz nemətlər və Allahın sizə öyrətdiyindən öyrədib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları sizə halal edildi. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və (ova göndərərkən) onların üzərində Allahın adını çəkin. Allahdan qorxun! Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir”. (Maidə surəsi, 4)

Peyğəmbərimiz (səv) bir hədisində isə möminlərə təmiz olmağı belə nəsihət etmişdir:

"Müsəlmanlıq təmizdir, kirsizdir.Siz də təmiz olun, təmizlənin, çünki cənnətə təmizlər girər".
(G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 96/2)

Rəbbimiz Quranda həm maddi, həm də mənəvi olaraq təmizlənənləri sevdiyini belə bildirmişdir:

Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da. ( Bəqərə surəsi, 222)

Bir az əvvəl də bildirdiyimiz kimi Allah iman gətirən qullarına yaşadıqları məkanları da təmiz tutmalarını əmr etmişdir. Hz.İbrahimə vəhy etdiyi bu əmr Quranda belə bildirilmişdir:

Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. “İbrahimin dayandığı yeri namazgah edin!” Biz İbrahimə və İsmailə: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!”– dedik. (Bəqərə surəsi, 125)

Peyğəmbərimizin (səv) təmizliyi bütün müsəlmanlara örnəkdir

Peyğəmbərimiz (səv) möminlərə hər zaman təmizliyi tövsiyə etmişdir. Özü də təmizliyə çox diqqət edərək möminlər üçün gözəl bir örnək olmuşdur. Hz.Muhamməd (səv) bir hədisində belə buyurmuşdur:

"Şübhə yoxdur ki, Uca Allah təmizdir, təmizliyi sevir. İkramı boldur, ikramı sevər. Comərddir, comərdliyi sevər. Siz də evlərinizin ətrafını təmiz saxlayın. (Et-Tıbbün Nebavi S:216)

Peyğəmbərimiz (səv) başqa bir hədisində də çox təmizlənən möminlərin qiyamət günündə də digər insanlardan nurları ilə fərqlənəcəklərini bildirmişdir: "Mənim ümmətim qiyamət günündə üzləri parlaq, əlləri və ayaqları nurlu olaraq həşr olunacaqlar. Hər kəs gücü yetdiyi qədər bu parlaqlığı artırsın.

Elmi hər şeyi əhatə edən Rəbbimiz hər mövzuda olduğu kimi maddi və mənəvi təmizlik barəsində də mübarək elçisi Peyğəmbərimizi (səv) müsəlmanlara örnək vermişdir. Bütün həyatları boyu Allaha könüldən bağlı olan möminlər də hər işlərində Allaha yönələrək və Peyğəmbərimizin (səv) bu əxlaqını örnək götürərək axirət həyatına hazırlıq görməlidirlər. Hər mömin üçün əlbəttə tək bir məqsəd vardır, o da Allahın razılığına, rəhmətinə və cənnətinə qovuşmaqdır. Unudulmamalıdır ki, möminlər Allahın izni ilə cənnətə də dünyadakı kimi tərtəmiz girəcəklər. Rəbbimiz bu həqiqəti bir Quran ayəsində belə bildirmişdir:

Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!”
(Zumər surəsi / 73)