logo

MÖMİNLƏRİN


Möminlər maddi və mənəvi pisliklərdən uzaqdırlar


O kimsə ki, malını (Allah yolunda) verir, (günahlardan) təmizlənir. (Leyl surəsi, 18)

İman gətirənlər Uca Rəbbimizin Qurani-Kərimdəki əmir və tövsiyyələrinə itaətdə çox qərarlı və həssas olurlar. Allahın bəyəndiyi davranışları göstərməyə, təriflədiyi xüsusiyyətlərə sahib olmağa və çəkindirdiyi hər şeydən uzaq olmağa çalışırlar. “Pis şeyləri tərk et!” (Müdəssirsurəsi, 5) ayəsi də digər mövzular kimi möminlərin diqqət göstərdiyi mövzulardandır.

Quranda bildirilən mənada maddi və mənəvi təmizlik yer üzündə sadəcə səmimi iman edənlərdə təzahür edir. Quran əxlaqından uzaq yaşayan cahil cəmiyyətlərdə isə ümumiyyətlə incə düşüncədən məhrum, səthi təmizlik anlayışı hakimdir. Belələri çox vaxt təmizlik barəsində çox az məlumata sahib olur. Təmizliyi özlərinə artıq bir iş, yük kimi qəbul edirlər. Təmizlik üçün çox az səy göstərirlər. Möminlər isə təmizliyi ən əhəmiyyətli mövzulardan hesab edirlər.

Niyə təmizlik möminlər üçün bu qədər vacibdir?

Təmizlik Allahın əmri olduğuna görə əhəmiyyətlidir:

Təmizlik “...Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da” (Bəqərə surəsi, 222) ayəsində də bildirdiyi kimi Rəbbimizin bəyəndiyi və möminlərin yaradılışına ən uyğun olan xüsusiyyətdir.

İnanclı insanın dünyada yaratmaq istədiyi mühit cənnətdəkinin bənzəridir. Mömin cənnətə layiq görülən insandır və dünyada da cənnətdəki təmizliyi, gözəlliyi həm öz üzərində,həm də ətrafında yaratmağa çalışır. Quranda cənnətlə bağlı təsvirlər möminlər üçün bu mövzuda yol göstəricidir. Cənnət mühiti dünyada qarşılaşdığımız tərtəmiz, hər detalı qüsursuz, nizamlı olan, gözəlliklərlə dolu məkandır. Bu səbəbdən möminlər dünyada da insanların, yeməklərin, paltarların ən təmizini; evlərin, avtomobillərin, əşyaların ən estetik olanlarını Allah rizası üçün sevir və istəyirlər. Bütün bunlar sonsuz cənnət mühitini və nemətlərini insanlara xatırladan gözəlliklərdəndir.