logo

MÖMİNLƏRİN


Təmizlik anlayışında Quran əxlaqına zidd olan düşüncələr


Din əxlaqından uzaq, nəfsinə tabe, Quran əxlaqının qazandırdığı gerçək ağıldan və incə düşüncədən yoxsul insanlar maddi və mənəvi təmizlikdən heç bir şəkildə zövq ala bilmirlər. Belələri adətən təmizi kirlidən ayırd edəcək, natəmizlikdən narahat olacaq şüura sahib deyillər. Onlar həm də iman gətirənlərin təmizlik barəsindəki həssaslıqlarını da başa düşmürlər. Həmçinin belə yaşamağa alışmış insanlar təmizliklə bağlı Quran əxlaqına uyğun olmayan düşüncədə də ola bilirlər. Bu yanlış düşüncə tərzinin bəzilərini aşağıda sadalayaq;

Laqeydlik:

Dünya əhli arasında tez-tez rast gəlinən davranışlardan biri “heç nə olmaz” məntiqidir. Belələri doğrusunu bildiyi halda, bilə-bilə yanlış etməyə davam edir. Məsələn, marketdən aldığı almanı yumadan sadəcə dəsmalla silərək yeməkdə bir problem görmür. Halbuki hər kəs Allahın ona bəxş etdiyi ən böyük nemətlərdən biri olan bədənini əmanət kimi qorumaq və lazımi diqqəti göstərməyə borcludur. İnsanlar təmizlik və gigiyenanın insan sağlığına birbaşa təsir etdiyini unutmamalıdır. Bunu qulaqardı edib, laqeyd yanaşmaq uca Allahın bəyənmədiyi bir davranış olar. Belələri, adətən, çevrələrinə qarşı da çox laqeyd olur. Ətrafdakı natəmizlikdən, pərakəndəlikdən narahat olmur, təmizlik etmir, laqeyd davranırlar.

Ərincəklik:

Başqa yanlış düşüncə isə “ərinməkdir”. Quran əxlaqına uyğun olmayan bu düşüncə əslində doğru davranış olaraq bilinir, vicdanən də qəbul edilir, ancaq tətbiq etməyə iradə və davamlılıq göstərilmir. Məsələn, yemək yeməyə başlamazdan əvvəl hamı bilir ki, əllər yuyulmalıdır. Çünki əllərimiz ən çox istifadə etdiyimiz vacib orqanlarımızdan biridir və çox vaxt natəmiz yerlərə və əşyalara toxunmalı oluruq. Əgər insan bunu bildiyi halda, yemək yeməyə, ya da hazırlamağa əllərini yumadan başlayırsa, bunun əsl səbəbi ərinməkdir. Belə birindən niyə belə etdiyini soruşsaq, bəlkə də 10 dəqiqə əvvəl əllərini yuduğunu deyər. Bəs görəsən, 10 dəqiqə ərzində toxunduğu hər şey təmiz idi? Şübhəsiz ki, burada əsas olan incə düşüncə və vicdanın insana nə dediyidir. Doğradığımız meyvə qabından sevdikləriniz, dostlarınız meyvə yeyəcəksə, gərək onlar üçün bu incə düşüncəni göstərək. Onlar bunu hazırlayan insanlara güvəndikləri üçün təklif olunan qidaları yeyirlər.

Peyğəmbərimiz (səv) də müsəlmanların belə şeylərə diqqətli olmalarını tövsiyə edir:

“Ənəs İbn-i Malik (rə) deyir: Rəsulullah əleyhissalatu vəsəlləm buyurdu ki: kim evinin xeyir və bərəkətini Allah Təala həzrətlərindən artırmasını diləyirsə, yeməyə oturanda və qalxanda əllərini yusun.”

Bu nümunə bizə göstərir ki, ərincəklik Quran əxlaqına uyğun olmayan davranışdır.

İnsan bu ruh halından asanlıqla xilas ola bilər. Hər müsəlman vicdanını dinləməli və vicdanının göstərəcəyi doğru yolu ərinmədən, qərarlılıqla və iradə ilə yerinə yetirməlidir.

Kifayət edər düşüncəsi:

Bu yanlış düşüncəyə dair çoxlu nümunələr var. Alma haqqında çəkdiyimiz misala başqa bir nümunə kimi marketdən alınan üzümləri yaxşıca yumadan sadəcə suya tutub yeyən və digər insanlara da bu şəkildə təqdim edən birinin bunda heç bir qeyri-adilik görməməsidir. Belə biri öz bədəninin baxımına və təmizliyinə, evinin, yeməklərinin və paltarlarının təmizliyinə aid ölçünü də özü öz ağlına görə qoyur. Başqa dillə desək, özünə asan gələn yolu təmizlik adlandırır. Gigiyena ilə bağlı detalları lazımsız bilir, təmizliyi başdansovdu edir.

Allah rizasına uyğun olan davranış isə bu barədə diqqət ediləcək hər yeni detalın Allaha yaxınlaşmaq və Onun razılığını qazanmaq üçün bir vəsilə olacağını ümid edərək davranmaqdır.

Başqaları üçün etmək düşüncəsi:

Bəzi insanlar isə sadəcə cəmiyyət üçün önəmli qəbul etdikləri insanların qarşısında baxımlı olur, sadəcə özlərini bəyəndirməli mühitlərdə təmizliyə riayət edirlər. Quran əxlaqını yaşamayan cəmiyyətdə insanların bir hissəsi sadəcə qonaqlığa, ya da məclisə gedəndə fiziki görünüşlərinə və təmizliklərinə fikir verir. Ancaq tək olanda nə fiziki görünüşlərinə, nə də təmizliklərinə diqqət edirlər. Bu onu göstərir ki, edilən təmizlik insanlar üçün imiş. Halbuki mömin Quran əxlaqına uyğun olaraq başqaları üçün yox, Allah bəyəndiyi üçün və özü də vicdanən rahat hiss etdiyi üçün təmizlik edir. Allahın razılığını qazanmaq istəyən insan üçün bu hər mühitə, hər yerə aiddir. Mömin təmizliyi ibadət məqsədi ilə, Allah üçün edər.

Bu səhv düşüncə onların ev təmizliyində də özünü büruzə verir. Qonaq gələndə sadəcə görünən yerləri, ya da istifadə edəcəkləri məkanları təmizləməklə kifayətlənirlər. Bəzi evlərdə sadəcə qonaqlar üçün ayrılmış otaq olması da bunun açıq-aşkar sübutudur. Bu otaqdan demək olar ki, heç istifadə edilməz, sadəcə qonaq gəlməzdən əvvəl təmizlənər. Halbuki, əslində evin hamısı həmişə və hər vəziyyətdə təmiz saxlanılmalıdır. Çünki ev sahibinin özü də bu mühitdə yaşayır, yemək yeyir və yatır. Allahın razılığına uyğun davranış bu həssaslığı həmişə və hər vəziyyətdə göstərməkdir.

Yuxarıda təfərrüatlı şəkildə izah etdiyimiz bu düşüncələrdən başqa bəzilərində məlumatsızlıqdan qaynaqlanan bir çox hərəkətlər də olur. İmani dərinliyin insanlara qazandırdığı şüur olmayanda haqqında məlumatları olmayan bir şeylə qarşılaşdıqda həssaslıq, incə düşüncə göstərə bilmir, ağıllı davranmırlar.

Məsələn, bəziləri marketdən aldığı çörəyi mikroblu qəzetin içinə bükür, ya da pul sayanda əlini ağzına aparır. Belə vəziyyət nəyin kirli, nəyin təmiz olduğunu ayırd edə bilməməklə bağlıdır. İman gətirənlərin bu halla bağlı ən gözəl nümunələrindən biri Peyğəmbərimizin (səv) hədisində belə bildirilir:

Əbu Hüreyrə (rə): Rəsulullah əleyhissəlatu vəsəlləm buyurdu ki: “Biriniz su içəndə qabın içinə doğru nəfəs dərməsin. Yenidən içmək istəyəndə qabı ağzından uzaqlaşdırıb nəfəs alsın, sonra istəsə yenidən içsin.”